Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb

30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüş zamanı Azərbaycan-Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. Xarici İşlər Nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın növbəti ildə İƏT-ə sədrliyi çərçivəsində birgə fəaliyyət məsələlərindən bəhs edilib.
Vəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkəmizə səfərini və cənab Prezident İlham Əliyev ilə baş tutan görüşünü xatırlayaraq, aparılan müzakirələr zamanı ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm kimi istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələlərinə vurğu edildiyini diqqətə çatdırıb.
Bu baxımdan, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Birgə Komissiyanın keçiriləcək iclasının vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*** 14:43
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri zamanı Vəliəhd Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
Bildirilib ki, tərəflər Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsini, eləcə də müxtəlif sektorlar üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Hər iki tərəf xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan tam istifadənin vacibliyini vurğulayıblar.
Həmçinin bu əlaqələrin daha da dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın mühüm rolu qeyd olunub.
Bundan əlavə, Ceyhun Bayramov Cənubi Qafqazda baş verən hadisələr, xüsusilə də Azərbaycanın münaqişədən sonra Qarabağdakı bərpa işləri və sülh səyləri ilə bağlı son məlumatları Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabahın diqqətinə çatdırıb.
Qalereya

Oxşar xəbərlər
Özbəkistan Senatı Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib
Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib. BAKU.WS report-a i...