Cənubi Osetiya separatçıları Rusiyaya birləşmək üçün referendum təyin etdi

13
may
2022
22:54
İyulun 17-də Gürcüstan ərazisindəki separatçı Cənubi Osetiyanın Rusiyaya birləşməsinə dair referendum təyin olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı separatçıların hazırkı başçısı Anatoli Bibilov referendum təyin edib.
Müvafiq fərman “Cənubi Osetiya” rəhbərinin saytında dərc olunub.
Bibilovun administrasiyası izah edib ki, “Cənubi Osetiya” Ali Məhkəməsi artıq referendumla bağlı sənədlər paketinə baxıb və müsbət nəticə verib.
Oxşar xəbərlər
Rusiyadan NATO-ya TƏHDİD: London
Ukraynada hərbi əməliyyatlar 72-ci gününə daxil olduğu vaxtda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov nüvə başlıqlarının işə salınması ilə bağlı dünyanı narah...
