BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
BMT Baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələri alqışlır.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT baş katibinin mətbuat katibinin Stefan Düjarrik deyib.
S.Düjarrik əlavə edib ki, Baş katib Ermənistan və Azərbaycanın sülh sazişinin layihəsi üzərində danışıqların başa çatması ilə bağlı açıqlamalarını təqdir edir: "O, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmələrindən məmnundur və regionda uzunmüddətli sülhün maraqlarına uyğun olaraq bütün həll olunmamış məsələlərin həlli üçün onların səylərini güclü şəkildə dəstəkləyir".
Oxşar xəbərlər
Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib
Gürcüstan və Koreya Respublikası Orta Dəhlizin rolu ətrafında fikir mübadiləsi aparıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri...