Beynəlxalq tədqiqatçılar: Yerevan bir sıra iqtisadi göstəricilərinə görə Bakıdan geri qalır
Ermənistanın paytaxtı Yerevan bir sıra iqtisadi göstəricilərinə görə Azərbaycanın paytaxtı Bakıdan geri qalır.
"Report" xəbər verir ki, bu, dünyaca məşhur "Numbeo" statistika resursu ekspertlərinin araşdırmasında yer alıb.
Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı Yerevandan 50,1 % aşağıdır. Eyni zamanda Ermənistanın paytaxtında ictimai iaşə müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı restoranlarında qiymətlər Yerevandan 26,0 % aşağıdır.
"Numbeo"nin ekspertləri həmçinin Bakıda ərzaq məhsullarının qiymətinin Yerevandan 20,0 % ucuz olduğunu müəyyənləşdiriblər.
Araşdırmanın nəticələrinə əsasən Azərbaycan paytaxtında sakinlərin alıcılıq qabiliyyəti Yerevan sakinlərindən 36,7 % yüksəkdir.
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. BAKU.WS icmalı təqdim edir: