Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib

05
okt
2022
23:23
İsrailin keçmiş baş naziri, “Likud” partiyasının lideri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Məlumata görə, keçmiş baş nazirin səhhəti Yom Kippurda dua edərkən pisləşib.
Siyasətçini xəstəxanaya sürücüsü Şearey Zedek aparıb və hazırda özünü yaxşı hiss edir.
Netanyahu 2021-ci ilə qədər İsrail hökumətinin başçısı olub, hazırda o, baş nazir postuna əsas namizədlərdən biri sayılır.
Qeyd edək ki, İsraildə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Oxşar xəbərlər
İsraildən Türkiyəyə maraqlı jest - VİDEO
İsrail gəncləri Türkiyə ilə dövlətlərinin münasibətlərinin normallaşmasının ardından maraqlı videoçarx ərsəyə gətiriblər. BAKU.WS xəbər verir ki, görüntülər İs...
