Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
BAKU.WS xəbər verir ki, adətən bayram günlərində belə tədbirlər səhər saatlarında keçirilir.
Lakin bu dəfə hərbi paradın 13:00-da başlanılması gözlənilir.
Bunun səbəbi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın günorta saatlarında Bakıya yola düşməsi ilə bağlıdır.
Bu barədə BAKU.TV məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1948-1953-cü illərdə sakinlərinin deportasiyası nəticəsində boşalmış Ərinc Azərbay...