Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına zəng edib - YENİLƏNİB - FOTO

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına zəng edib - YENİLƏNİB - FOTO
Siyasət 72

28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna zəng vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb.

Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin daha da möhkəmlənəcəyinə, ikitərəfli və regional çərçivədə hərtərəfli əlaqələrimizin genişlənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

***21:59

"Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram!"

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında bildirib.

"Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik!" – diplomat vurğulayıb.

Son xəbərlər