Azərbaycanda həbsdə olan icra başçıları: Siyahıya bir ad daha ƏLAVƏ OLUNDU
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən rayonunda korrupsiya və vəzifə cinayətləri ilə əlaqədar əməliyyat keçirib.
Nəticədə rayonun icra başçısı İslam Rzayev və bir neçə vəzifəli şəxs saxlanılıb. İslam Rzayev 2011-ci ildən Balakən rayonunun icra başçısı olaraq fəaliyyət göstərirdi və onun saxlanılması, artıq həbsdə olan digər icra başçılarının sırasını bir nəfər artırıb.
BAKU.WS oxu.az-a istinadən hazırda həbsdə olan bəzi icra başçıları və onların aldıqları cəzaları xatırladır:
1. İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev: 2020-ci ilin mayında DTX tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə 12 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə qərarı ilə cəzası 8 il 6 aya endirilib.
2. Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyev: 11 il həbs cəzası alıb, amma Ali Məhkəmə qərarı ilə bu cəza 8 il 3 aya azaldılıb.
3. Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev: O, rüşvət alarkən DTX tərəfindən tutulub. 10 il həbs cəzası alıb, 2024-cü ilin fevralında Ali Məhkəmədəki iclasda cəzası 6 il 2 aya endirilib.
4. Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalov: 12 il həbs cəzasına məhkum edilib, 2023-cü ildə apellyasiya məhkəməsində bu cəza 11 il 9 aya endirilib.
5. Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov: 2021-ci ilin aprelində həbs olunub, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzası apellyasiya məhkəməsi ilə 10 il 6 aya azaldılıb.
6. Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev: 2021-ci ilin sentyabrında COVID-19 səbəbindən vəfat edib. O, 9 il həbs cəzası almışdı.
7. Yevlax şəhər icra başçısı Qoca Səmədov: 7 il 3 ay həbs cəzasına məhkum edilib, lakin apellyasiya məhkəməsində bu cəza 5 il 9 aya endirilib və 2023-cü ildə azadlığa buraxılıb.
8. Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov: 2020-ci ildə saxlanılıb və 8 il 6 ay müddətinə həbs olunub. Şirvan Apellyasiya Məhkəməsi ilə cəzası 6 ilə, Ali Məhkəmə ilə isə 4 il 6 aya azaldılıb. 2025-ci ilin fevralında azadlığa çıxıb.
9. Qax rayonunun icra başçısı Musa Şəkiliyev: Bu ilin iyununda DTX tərəfindən saxlanılıb və dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs edilib. İyulda 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, oktyabrda isə bu müddət daha 4 ay uzadılıb.
Oxşar xəbərlər
Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları təsdqilənib
Nazirlər Kabineti "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları nümunələrinin,...