Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Oxşar xəbərlər
"Haber Global" Azərbaycandan İrana yola salınan humanitar yardımla bağlı VİDEOSÜJET hazırlayıb
Azərbaycandan İrana üçüncü dəfə humanitar yardım yola salınıb. BAKU.WS xəbər verir ki, "Haber Global" bununla bağlı videosüjet hazırlayıb. "10 yük maşınından ib...