ATƏT sədri: Ümidvaram ki, Azərbaycanla Ermənistan arasında delimitasiya fəal şəkildə davam etdiriləcək
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın XİN rəhbəri İan Borq (Ian Borg) Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin fəal şəkildə davam etdiriləcəyinə ümid etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində ATƏT sədri dəfələrlə və açıq şəkildə sərhədlərin delimitasiyası ilə bağlı indiyədək əldə edilmiş irəliləyişi alqışladığını xatırladıb:
“Bu ümidverici inkişaf ikitərəfli danışıqlar prosesinə müsbət təkan verməlidir. Malta razılaşmanın mənalı və səmərəli icrasını dəstəkləyir, həmçinin sərhədin qalan hissələri ilə əlaqədar prosesin konstruktiv davam etdirilməsini təşviq edir. Ümid edirəm ki, bu proses yaxın həftələrdə və aylarda fəal şəkildə davam etdiriləcək. Bizim ümumi məqsədimiz bəllidir: Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişini təmin etmək”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiz.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...