Argentinalı səyahətçi: “Qarabağdakı dağıntılar dərin kədər hissi yaradır” - YENİLƏNİB + FOTO

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntılar dərin kədər hissi yaradır”.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən Argentinadan olan səyyahətçi Nikolas Paskuale deyib.
O, qeyd edib ki, bu regionun həqiqətən də sülhə ehtiyacı var: “Biz burada baş verən hər şeyi görmək üçün Qarabağdayıq. Bu gün mən ilk dəfə mina partlayışını gördüm (tapılmış minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesi zamanı). Biz bütün dağıntıları gördük. Bunu dünyanın başqa yerlərində də görmüşəm və bu, hər zaman çox kədərlidir”.
Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.
Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.
***10:59
Beynəlxalq səyyahlar işğaldan azad edilmiş Ağdam rayonunda minatəmizləmə prosesi ilə tanış olublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlar Azərbaycan ərazilərinin işğal dövründə Ermənistan tərəfindən minalanması barədə məlumatlandırılıb.
Eyni zamanda hazırda onlara ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.
Bundan başqa, səyyahlar aşkar olunmuş minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Xatırladaq ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.
Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.
***09:26
Beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya və Sent-Lüsiyanadan olan səyahətçilər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatının üzvləridir.
Xatırladaq ki, son 2 il ərzində dünyanın əsas beynəlxalq səyahət şəbəkələrinin komandaları 2021-ci ildə 1, 2022-ci ildə 4 və 2023-cü ildə 2 dəfə olmaqla, Qarabağa və Şərqi Zəngəzura 7 dəfə səfər ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...
