Qırğızıstan, Macarıstan və Türk Şurasının birgə mövqeyi

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstanın Baş Naziri Viktor Orbanla birlikdə Türk Şurasının Budapeşt Ofisini ziyarət edib. Ofisdə Türk Şurasının Baş katibi Bağdad Amreyevin də iştirakı ilə üçtərəfli görüş keçirilib.
BAKU.WS xəbər verir ki, tərəflər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin əhəmiyyəti ilə bağlı mövqelərini bir daha təkrarlayıblar.
Oxşar xəbərlər
Azərbaycan XİN 2019-cu ilin yekunlarına dair hesabatı açıqlayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair hazırladığı hesabatı açıqlayıb. BAKU.WS XİN-ə istinadən hesabatda təqdim edir: "Ötən 2019-cu i...
