SİZİN REKLAM BURADA!
055 213 76 73


“Moskva gələcək addımları müəyyən etmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz təmas xəttində baş verənlər haqqında bütün informasiyaları toplayırıq. Ən diqqətli şəkildə xəbərləri izləyirik, vəziyyəti təhlil edirik və bu məlumatlardan ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla gələcək addımları müəyyən etmək, gələcək mövqeyimizi formalaşdırmaq üçün istifadə edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

O qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun məsuliyyətli həmsədri olaraq ölçülüb-biçilmiş mövqe tutmağa borcludur.

Erməni əsilli kinorejissor Karen Şahnazarovun “Kremlin Qarabağ məsələsi ilə bağlı mövqe ortaya qoyması lazımdır” fikrinə münasibət bildirən D. Peskov deyib ki, Karen Şahnazarovun öz mövqeyini ifadə etmək hüququ var: “Lakin burada hər şeydən öncə onu anlamaq lazımdır ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq digər həmsədrlər kimi hansısa avantüradan uzaq, ölçülüb-biçilmiş və məsuliyyətli mövqe tutmağa borcludur. Yalnız bu, Moskvaya münaqişənin nizamlanmasında effektli vasitəçilik rolunu təklif etməyə imkan verir”. 

BAKU.WS