Daha bir ölkə Kraliça Elizabetin asılılığından çıxır

Ada ölkəsi Barbados İngiltərə Kraliçası 2-ci Elizabeti dövlət başçısı olaraq tanımağa son qoymaq istəyir.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, ölkənin ümumi valisi Dame Sandra Mason gələn il cümhuriyyət olmaq istədiklərini açıqlayıb.
Barbados 1966-cı ildə İngiltərədən müstəqilliyini qazansa da Elizabeti dövlət başçısı olaraq tanımağa davam edirdi.
Mason Parlamentdəki çıxışında bildirib ki, Barbados artıq barbadoslu dövlət başçısı istəyir:
Qeyd edək ki, bundan öncə Trinidad və Tobaqo, Dominikan Respublikası, Qayana da 2-ci Elizabetin asılılığından tam çıxmışdı. Yamayka da eyni addımı atmağa hazırlaşır.
Hazırda Kraliça 2-ci Elizabet ona tabe olan ölkələri özünün təyin etdiyi valilər tərəfindən idarə edir.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...