SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qafqaz İslam Ordusu tərəfindən isğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyində anım mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ilə qazanılmış zəfərin bugünkü müstəqil Azərbaycana yol açmaqla bərabər, eyni zamanda Azərbaycan və Türkiyə üzərində qurulması planlaşdırılan oyunların sonunu gətirdiyini bildirib. O deyib ki, Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Hər zaman olduğu kimi, bundan sonra da “bir millət, iki dövlət şüarı” ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik.

“Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru Paşanın, hər bir əsgərin, Azərbaycan Ordusunun hər bir qulluqçusunun xatirəsini hörmətlə anırıq”, - deyə səfir əlavə edib.

BAKU.WS
QALEREYA