Çavuşoğlu: "Həmsədrlər münaqişənin həlli üçün səy göstərmirlər" - VİDEO

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”.
Baku.Tv-nin məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır"
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya çıxan “Kommersant” (“Ъ”) qəzet...