SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyevə məxsus "Twitter” hesabından (@azpresident) ABŞ-Azərbaycan münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

BAKU.WS-in Musavat.com-a istinadən verdiyi məlumata görə, prezident qeyd edib ki, ABŞ-Azərbaycan əlaqələri həmişə sıx, səmimi olub və hazırda strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib: "Azərbaycan və ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar”.

Ölkə başçısı "ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırması ölkələr arasında iqtisadi əməkdaşlığın yaxşı göstəricisidir", - deyə qeyd edib.

Dövlət başçısı onu da vurğulayıb ki, "Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən layihədir.

Sonda Prezident İlham Əliyev "Ermənistanla Azərbaycan arasında münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri, ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır", - deyə vurğulayıb.
 
BAKU.WS