Ombudsman: "Ermənilərin atdığı mərmi xəstəxananın 50 metr yaxınlığına düşüb" - VİDEO
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və millət vəkili Qənirə Paşayeva işğalçı Ermənistan ordusunun Tovuz rayonuna mərmi hücumundan sonra əraziyə baş çəkiblər.
Ombudsman Səbinə Əliyeva BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, düşmən tərəfinin atdığı mərmi xəstəxananın 50 metrlik yaxınlığına düşüb.
"Bu, hər zaman olduğu kimi Ermənistanın siyasətidir. Ermənistan Silahlı Qüvələri bizim Silahlı Qüvvələrlə heç zaman üz-üzə gələ bilməzlər. Bizim gücümüzü də, öz güclərini də bilirlər. Ermənilərin hər zaman olduğu kimi işləri budur ki, dinc və mülki əhaliyə, hospitallara hücum etsinlər. Dördüncü Cenevrə Konvensiyasının 18-ci maddəsinə əsasən, münaqişə tərəfləri mülki əhaliyə toxunmamalıdırlar", - deyə Səbinə Əliyeva əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Ombudsman BMT rəsmisi ilə görüşüb
İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş mü...