VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan danışıb.

BAKU.WS xəbər verir ki, general-leytenant Nizam Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda işğalçı düşmən təşviş içindədir:

“Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub.

Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər”.

BAKU.WS