SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət idarəsinin bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, bu addımlar uzun müddətdir gözlənilirdi: 

"Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır”.
 
BAKU.WS