13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

"Ukraynanın baş naziri Arseniy Yasenyuk artıq istefa haqqında ərizəni yazıb və onu Ali Radaya təqdim edib”.
 
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu haqda "Twitter” səhifəsində Ali Radanın deputatı Borislav Bereza bildirib.
 
"Ərizə yazılıb. Ukraynada hər şey dəyişə bilər, amma gözləyirik!” – siyasətçi yazıb.
 
Onun sözlərinə görə, Yasenyukun mümkün istefası haqqında "Pyotr Poroşenkonun Bloku” və "Xalq Cəbhəsi” Partiyalarında da bilirlər.
 
Ukrayna mediasında yayılan digər informasiya görə, Ali Radanın indiki sədri Vladimir Qroysman yeni baş nazir olacaq. İddiaya görə, Yasenyuk kreslosunu müəyyən şərtlərlə Qroysmana güzəştə etməyə hazırdır. Bildirilir ki, Qroysman baş nazir kreslosunun qarşılığında Yasenyukun lideri olduğu "Xalq Cəbhəsi”nə hökumətdə münasib kvotanın ayrılması barədə zəmanət verməlidir.
 
Məlumata görə, "Xalq Cəbhəsi” Daxili İşlər, Ədliyyə, Təhsil və İnfrastruktur Nazirliklərinə iddia edir. Ədliyyə və İnfrastruktur Nazirlikləri ətrafında ciddi mübahisələrin olacağı gözlənilir. Qeyd olunur ki, prezident Pyotr Poroşenkonun komandası da bu nazirliklərlə bağlı ciddi ambisiyalara malikdir.
 
Öz növbəsində, "Xalq Cəbhəsi” Arseniy Yasenyukun istefası haqqında yayılan informasiyaları təkzib edib. Baş nazirin məsləhətçi Olqa Lappo bildirib ki, kiminsə "kəşflərini və fantaziyalarını” şərh etmək niyyətində deyil.
 
BAKU.WS