Bələdiyyələrlə bağlı qanun layihələri hazırlandı

Bələdiyyələrlə bağlı qanun layihələri hazırlandı
Siyasət 388

Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılıb:

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə hazırlanmış “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi baxılmaq üçün Nazirlər Kabinetinə göndərilib.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanun layihəsi isə razılaşdırma mərhələsindədir”

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48249 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər