SİZİN REKLAM BURADA!
055 213 76 73


2003-cü ilin məhz bu günu - 12 dekabrda Heydər Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, təkcə Azərbaycan Respublikasının Prezidenti deyil, ən çətin dövrdə vətəninə köməyə gələn Azərbaycan xalqının ümummilli lideri, ölkəni dirçəltməyi bacaran, onu çiçəklənməyə və firavanlığa aparan şəxsiyyət olub.

BAKU.WS xəbər verir ki, bu gün, dekabrın 12-də, Heydər Əliyevin vəfatının 16-cı ildönümündə Heydər Əliyev adının Rusiyanın Volqoqrad şəhərinin küçələrindən birinə verilməsi təklif edilib.

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri, dünyaca məşhur siyasətçi Heydər Əliyev haqqında "PolitRUS" ekspert analitik şəbəkəsinin Cənub layihəsinin informasiya resursunda məqalə dərc olunub.

Heydər Əliyevin töhfəsi beynəlxalq aləmdə də əhəmiyyətlidir. Buna görə onun yüz illik yubileyi (10 May 2023) Azərbaycanda təkcə böyük milli bayram deyil, həm də bütün mütərəqqi bəşəriyyət üçün bir hadisəyə çevriləcəkdir.

Qeyd edək ki, 2013-cü ildə Volqada qəhrəman şəhərlə xüsusi əlaqəsi olan Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Volqoqradda "Volqoqrad-Bakı" Dostluq Parkı açılıb.

BAKU.WS