SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub. Sərəncamda həm Prezident Administrasiyasının strukturu dyişdirilib, həm də Administrasiyada kadr dəyişikliyi, yeni təyinatlar həyata keçirilib.

Bu, son aylarda ölkə prezidentinin apardığı struktur islahatlarının yeni mərhələsidir. Bundan əvvəl prezident İlham Əliyev hökumətin tərkibində ciddi dəyişikliklər aparıb, nazirliklərin strukturları yenilənib və daha çevik və yeni dövrün tələblərinə cavab verən struktur formalaşıb.

Əslində kadr islahatlarına 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra start verilib. Nazirlər Kabinetinin yenidən formalaşdırılması əslində modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edirdi. Öncə Nazirlər Kabinetinin sturkturunda ciddi islahatlar həyata keçirildi, baş nazir daxil olmaqla bir sıra kadrlar təqaüdə göndərildi, rəhbər kadrların böyük hissəsi yeniləndi.

Nazirlər Kabinetində edilmiş dəyişiklik ərəfəsində Prezident yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı kadr islahatları barədə mühüm məqamlara toxunmuşdu. Ölkə rəhbəri vurğulamışdı ki, yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Xüsusilə də islahatlarla bağlı tapşırıqlar verilib, islahatlara ayaqlaşmaq tapşırılıb: “Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox tapşırıqlar verdim. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?” Bu əslində dövlət başçısının islahatların davam edəcəyi ilə bağlı açıq mesajı idi. Həmin müşavirədə bir daha aydın oldu ki, dövlət başçısı kadr islahatlarında qətidir, onun üçün əsas prioritet budur: Hökumət yenilənməli, gəncləşməli və bütün məslələrə daha çevik reaksiya vermək iqitdarında olmalıdır. Məhz kabinetdə aparılan islahatlar zamanı hökumətdə orta yaş həddi 75-dən 60-a endirildi.

Həmçinin prezident ilk növbədə təqüd yaşı çatmış hökumət üzvlərinin könüllü istefaya səslədi. Dövlət başçısının çağırışına dəstək verən yaşı 70-i keçmiş hökumət üzvlərinin istefa ərizəsini yüksək qiymətləndirərək, gənc kadrlara yer verilməsinin zəruri olduğunu bəyan etdi. Həmçinin, vurğuladı ki, bu, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaq.

Prezidentin Nazirlər Kabinetinin tərkibinin yenidən formalaşmasından sonar imzaladığı mühüm sərəncamlar həm də onu göstərdi ki, dövlət başçısı sadəcə kadr islahatları ilə kifayətlənmir, eyni zamanda struktur islahatlarının aparılmasını da önəmli hesab edir. Belə ki, Prezidentin növbəti Fərmanına əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi.

Kadr və struktur islahatlarının bununla da yekunlaşmadı. Ötən gün daha bir neçə qurum, o cümlədədn Maliyyə Qurumlarına Nəzarət Palatası ləğv edilərək Mərkəzi Banka birləşdirildi.

Bu gün isə islahat dalğası ölkədə siyasi idarəetmənin əsas rıçaqı olan Prezident Administrasiyasına çatdı. Hələ ötən ay İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev vəzifəsindən azad edilərkən Administrasiyada ciddi islahatların aparılacağı ehtimal edilirdi. Proqnozlar bu gün özünü doğrultu və PA rəhbərliyi və bu gündən etibarən struktur yeniləndi. Yeni gənc kadrlar təyin olundu. Prezident köməkçilərinin sayı artırıldı. Bu bütövlükdə hakimiyyət administrasiyasının yenilənməsi və keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab olunur.

Bundan sonrakı mərhələ isə parlamentrdədir. Artıq hakim partiya parlamentin buraxılması təşəbbüsü qaldırıb. Dekabrın 2-də isə Milli Məclisin bununla bağlı iclası gözlənilir. Sisyasi analitiklərin fikrincə, gələn həftə parlament buraxılacaq və iki ay müdddətində yeni seçkilər keçiriləcək. Kadr və struktur islahatrlarının parlamentə yansıyacağı da danlmazdır və növbəti parlamentin tərkibinin də əhəmiyyətli dərəcədə gəncləşəcəyi proqnozlaşdırılır.

Təhlilçilər hesab edirlər ki, gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər.

Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir.

Onu da qeyd edək kiI islahatların ən ümdə vəzifələrindən biri əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin və islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının dayandığını göstərir.

Bir sözlə kadr və struktur islahatlarının ardıcıllığı və prosesin davam etməsi Azərbaycanda siyasi idarəçiliyin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.


BAKU.WS