SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev N.Ə.Əmirovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezidentin sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin".

BAKU.WS