SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana keçib.

BAKU.WS xəbər verir ki, tədbirdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro açıb və çıxış edib. Daha sonra onun təklifi ilə sədrlik üçün Azərbaycan təklif edilib və təklif qəbul edilib.

Sədr kimi Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
BAKU.WS
VİDEO

QALEREYA