SİZİN REKLAM BURADA!
055 213 76 73


İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər gəlib.

BAKU.WS xəbər verir ki, o, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdədir.

Həsən Ruhanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

İran Prezidenti jurnalistlərə açıqlamasında deyib ki, müştərək tarixə, adət-ənənəyə, dəyərlərə və dinə sahib olan hər iki ölkənin qonşuluq və dostluq əlaqələri digər dövlətlər üçün nümunədir:

"İqtisadi sahədə İran Azərbaycan ilə beynəlxalq əhəmiyyətə malik layihə həyata keçirir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən yalnız İran ilə Azərbaycan deyil, regionun digər ölkələri də faydalanacaq".

Qeyd edək ki, Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.
BAKU.WS