SİZİN REKLAM BURADA!
055 213 76 73


Haqqımda çıxarılan qərarla bağlı Rusiya Ali Məhkəməsinə müraciət edilib”.

BAKU.WS xəbər verir ki, bunu Rusiyada 50 il müddətinə deportasiya edilən jurnalist Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu gün vəkili Teyyub Şərifov Rusiya Ali Məhkəməsinə müraciət edildiyi barədə məlumat verib.

Fuad Abbasov deportasiya qərarı ləğv ediləcəyi təqdirdə belə Rusiyaya qayıtmaq arzusunda olmadığını söyləyib.

Jurnalist internet məkanı olan dünyanın istənilən ölkəsində fəaliyyətini davam etdirməyə hazır olduğunu sözlərinə əlavə edib.

Fərid ƏDALƏT
BAKU.WS