Azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvada təhqirəmiz formada saxlanılması ilə Rusiya və Azərbaycan gündəmini zəbt edib.

BAKU.WS xəbər verir ki, bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarının müvəqqəti saxlanma mərkəzində jurnalistlə görüşdüklərini bildirib.

Onun sözlərinə görə, səfir Polad Bülbüloğlunun tapşırığı ilə səfirliyin səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirlər görülür.

Məlumat üçün bildirək ki, F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində saxlanılır. Onun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.

Jurnalistin vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovun mayın 16-da döyülməsinin və görüntülərinin internetdə yayılmasının səbəbi sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub.

“Fuad Abbasov saxlanılarkən vəhşicəsinə döyülüb. Bu qanunsuz haldır. İstintaq Komitəsinə müraciətdə tələb etmişik ki, Fuad Abbasovla bu cür rəftar edən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən olunsun, barələrində cinayət işi başlansın”.


BAKU.WS