Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunub

BAKU.WS-in məlumatına görə, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində işə başlayıb.

E.Babayev 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olub. 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib.

2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ