SİZİN REKLAM BURADA!
055 213 76 73



"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib".

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin 5 dəfə artırılmasıdır:

"Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq".

Nazir müavini qeyd edib ki, son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:

"Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək".

BAKU.WS