SİZİN REKLAM BURADA!
055 213 76 73



Sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” nəşrinə müsahibəsində görüşlə bağlı danışıb.

BAKU.WS
xəbər verir ki, Paşinyan görüşün uğurlu keçdiyini bildirib və iki ölkə arasında heç bir problemin olmadığını iddia edib. Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb və danışıqların dayanmasına görə Azərbaycanı ittiham edib.


Ümumiyyətlə Paşinyanın ilk dövrlərdən fərqli olaraq Putinlə görüşdən sonrakı açıqlamaları birbaşa Azərbaycana qarşı sərt mövqedə olmalarını nümayiş etdirib.

Paşinyan həmçinin, Qarabağın da tərəf kimi danışıqlarda iştirak etməsini yenidən gündəmə gətirib və beləliklə, Azərbaycana münaqişənin hərbi yolla həllindən başqa çıxış yolun qoymayıb.

Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə BAKU.WS-ə açıqlamasında Paşinyanın sözlərini “təxribat və danışıqlar prosesinə böyük zərbə” adlandırıb.


“Aprel gecdir, Paşinyana bir sentyabr “hədiyyəsi” edək”, - deyə politolqo fikirlərini belə əsaslandırıb.

Deputata deyir ki, Rusiyada Ermənistan rəhbəri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin qəbuluna getməsi onun iç üzünü açıq göstərir.

“Bununla da Ermənistan bir daha özünə daim ağa axtarışında olduğunu təsdiq etdi. Paşinyanın dövlət idarəçilik təcrübəçilik səviyyəsi sıfırdır. O, hələ də küçə inqlabçılıq səviyyəsində yaşayır. Onun öz ölkəsi üçün etdiyi Azərbaycan üçün maraqlı deyil. Hər halda onun əkdiyi ağacın bəhrəsini öz xalqının nümayəndələri yeyəcək.

Lakin onun Azərbaycan torpaqları olan Qarabağla bağlı mövqeyini açıqlaması bütün məsələlərə aydınlıq gətirdi. İndiyə qədər Paşinyan Dağlıq Qarabağ məsələsilə bağlı konkret açıqlama verməmişdi. İndi məlum oldu ki, Paşinyan əvvəlki sələflərinin, Koçaryan və Sarkisyanın siyasətini davam etdirmək fikrindədir”.


Aydın Mirzəzadənin fikrincə, Paşinyanın belə axmaq bəyanatlarının sonrasını düşünmür. O, deyir ki, Paşinyan bunun hansı ağır nəticələrə gətirəcəyini təsəvvür etmir:

“Birincisi, beynəlxalq hüquq normaları var. Heç bir halda işğal edilən ərazilər Ermənistan nəzarətində qala bilməz.

İkincisi, Ermənistanın bu həyasız iddiasını təmin edəcək iqtisadi resursları yoxdur. Çünki Ermənistan büdcəsini həmişə kəsirlə bağlayır. Daima başqa dövlətlərdən borc alır. Bu gün ölkəsi beynəlxalq arenada hərraca, satışa çıxarılıb. Bu güclə böyük ordu saxlayıb, onu texnika ilə təchiz edəcəkmi? İşğal olunmuş torpaqları istifadə edəcək? Bu sualların cavabını Ermənistanda ən optimist adamlar da verə bilmir.


Azərbaycan bu gün işğal olunan torpaqları azad etmək iqtidarındadır. Paşinyan bilməlidir ki, bu cür aqressiv və ilk növbədə öz ölkəsinin maraqlarına cavab verməyən çağırışlara görə Azərbaycan da adekvat cavablar verər.

Paşinyan son bəyanatı ilə Ermənistanda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində uğur qazanmağa düşünülmüş addımdır. Düşünürəm ki, Paşinyan küçə hərəkatı ilə parlamentdə üstünlük qazana bilməyəcək”.


Deputat onu da vurğulayıb ki, Ermənistanın belə həyasızlığının səbəbləri çoxdur:

Bundan başqa, dünyada ən çox diaspora malik erməni diasporasıdır. Bu gün onlar böyük ermənistan xülyası ilə yaşayır. Onlara təsirlər var. Bu təsirlər də erməniləri səhv addımlar atmağa sövq edirlər”.

Ziya SƏCCAD
BAKU.WS