SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman verib. 
 
BAKU.WS-in məlumatına görə, qanuna dəyişikliyə əsasən, "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilib. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.19-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Həmin məcəllənin 220.8.1-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Həmin qanundan irəli gələn digər məsələləri həll edilsin.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci və 150.3-2-ci maddələrinə uyğun olaraq bəyannamə formalarını bir ay müddətində müəyyən etsin. 

Sadələşdirilmiş verginin məqsədləri üçün, tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlanması barədə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən verilən məlumat formasını və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxslərin həmin Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman həmin Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən etsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada məlumatlandırılmasını təmin etsin.

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü, 50.1.9-cu, 164.1.20-ci və 194.1-1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Məcəllənin 164.1.22-ci, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.3. həmin Məcəllənin 150.3-1-ci, 150.3-2-ci və 218.3-cü (birinci cümlədə) maddələrində və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

4.4. həmin Məcəllənin 164.1.20-ci maddəsində "qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur;

4.5. həmin Məcəllənin 164.1.23-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;

4.6. həmin Məcəllənin 220.1-1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bu Fərmanın 1-ci hissəsi 2016-cı il yanvarın 1-dən, digər hissələri isə dərc edildiyi gündən qüvvəyə minir.
 
Şahin Həbibov
BAKU.WS