SİZİN REKLAM BURADA!
055 213 76 73



Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

BAKU.WS-in məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm”.

BAKU.WS