055 213 76 73
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.
“Görüşün tarixi və yeri müəyyənləşib. Gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcəyinə ümid edirik”, - deyə M.Pompeo qeyd edib.
Onun sözlərinə görə, danışıqların bir gün ərzində aparılacağı nəzərdə tutulsa da, müzakirələrdən asılı olaraq görüşün müddəti uzadıla bilər.
Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Şimali Koreyaya səfər edərək bu ölkənin lideri Kim Çen In ilə görüşüb.
BAKU.WS