Rusiyada keçirilən prezident seçkilərində 76,69% səs toplayan ölkənin hazırki rəhbəri Vladimir Putin yenidən prezident seçilib. 


İkinci yerdə RFKP-nın namizədi Pavel Qrudindir (1,77%).

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın qərar layihəsində deyilir. Qərar layihəsi komissiyanın cümə günü keçiriləcək iclasında qəbul ediləcək.

Üçüncü yerdə 5,65% səs toplayan Vladimir Jirinovskidir (RLDP). "Vətəndaş Təşəbbüsü" partiyasının namizədi Kseniya Sobçak seçicilərin 1,68% səsini toplayıb. 

Rəşad Əliyev
BAKU.WS