SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal yaşanıb.

BAKU.WS-in məlumatına görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.

Daha sonra V.Jirinovski canlı yayımda Sobçakı söyüb. Əvəzində K.Sobçak onu sakit olmağa çağırıb. İki nəfər arasında yaranan mübahisə qalmaqala çevrilib. Nəticədə debatın yayımı dayandırılıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

İman
BAKU.WS