Türkiyə Silahlı Qüvvələri Suriyada Afrin vilayətinin terrorçulardan təmizlənməsi üçün başlatdığı “Zeytun budağı” əməliyyatı zamanı öldürülən terrorçuların sayını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, TSQ bildirir ki, əməliyyatın başlamasından ötən 12 gün ərzində 712 PKK, PYD, YPG və İŞİD-çi məhv edilib.

Bundan başqa, Türkiyə ordusu terrorçuların narkotik maddənin satışı, insan alveri və terrorçuların gətirilməsi üçün istifadə etdiyi yolları da ələ keçirib.

Terrorçular Afrinin qərbindəki Cinderes bölgəsindən başlayaraq Burseya dağına qədər uzanan yoldan 200 milyon dollar gəlir əldə etdiyi bildirilir.

Yolun uzunluğunun 120 kilometr olduğu qeyd edilir.

BAKU.WS