SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ən azı 3 nəfərin ölümündə günahlandırılır.

BAKU.WS-in məlumatına görə, bunu NewsOne telekanalında yayımlanan “Ukraynski format” siyasi tok-şousunda deputat Vadim Rabinoviç bəyan edib.

“Gürcüstanda çox dostlarım var. Dostlarımdan biri Badri patarkaşvilinin ölümündə Saakaşvili təqsirli bilinir. Onun əlindən telekanal və media alındı”, - deyə deputat bildirib.

Saakaşvili isə itihamları rədd edərək bildirib ki, Rabinoviçin adını çəkdiyi şəxs oliqarx olub.

“Həmişə rus oliqarxlara qarşı olmuşam. Ukraynada hakimiyyətə gələndə bütün oliqarxları məhv edəcəm. Çünki onlar xalqın pulunu yeyir”, - deyə Saakaşvili bəyan edib.

BAKU.WS