SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sensasion bəyanatla çıxış edib.

BAKU.WS-in məlumatına görə, VI ümumerməni “Ermənistan-Dispora” forumunda çıxış edən E.Nalbandyan işğal edilən torpaqların bir hissəsinin qaytarılacağını istisna etməyib.

Nazir ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - E.Nalbandyan bildirib.

Daha əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan forumda bəyan edib ki, Qarabağ münaqişəsinin həlli insan hüquqlarının həyata keçirilməsindən və beynəlxalq prinsiplərin tətbiqindən asılıdır.

S.Sarkisyan deyib ki, Ermənistanın mövqeyi dəyişməyib: “Qarabağın əhalisinin də azad və təhlükəsiz şəkildə yaşamaq hüququ var.”

BAKU.WS