SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bu hadisə erməni tərəfinin quduzlaşmasıdır. Onlar elə hesab edirlər ki, bu cinayətə Azərbaycan dövləti cavab verməyəcək. Ancaq onlar bilsinlər ki, cavab çox ağır olacaq".
 
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin keçmiş deputatı Aydın Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan milləti sülh sevən millətdir:
 
"Bizim ailə ilə, uşaqla işimiz olmaz. Azərbaycan dövləti, milləti, ordusu və Ali Baş Kamandanı qisası alacaq və bu qan yerdə mütləq qalmayacaq. Ermənistanın insanlığa qarşı apardığı bu soyqırım dünya ictimaiyyəti qarşısında səslənmir. Azərbaycana qarşı bu ikili standartlar göz qabağındadır. Ermənilərdən qisas alınmalıdır və alınacaq. Bir nəfər hədəf var. Şərəfsiz Serj Sarkisyan məhv olunmalıdır. Azərbaycana qarşı terrordan istifadə edən Ermənistana layiqli cavab veriləcək".
 
BAKU.WS