SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir. 

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna nazirin yerləşdirildiyi İstanbulun "Florence Nightingale” xəstəxanasından bildirilib.

Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti stabilləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Qeyd edək ki, son dəqiqəyə olan məlumata görə, Natiq Əliyev dünyasını dəyişib. 

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiətilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 
 
BAKU.WS