SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bu sıradan bir səsvermə, referendum deyil. Bu referendum Türkiyə cümhuriyyətində yeni idarəetmə üsulunu müəyyənləşdirəcək”.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün İstanbulda referendumda səs verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
R. T. Ərdoğan deyib ki, yeni idarəetmə sistemi Türkiyənin daha sürətlə inkişaf etməsinə yol açacaq: "İnanıram ki, xalqımız lazımi seçimini edəcək, gələcəyə doğru inamla addımlayacaq. Seçkilərdə aktivliyin yüksək səviyyədə olacağını gözləyirəm”. 
 
BAKU.WS