SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.

Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara xüsusi vasitələrdən istifadə edib.

90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb.

BAKU.WS