Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib

Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib
Hadisə 23

Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Son xəbərlər