Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır
17
noy
2023
12:40
Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır.
Qeyd olunub ki, noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...