SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev son günlər "reket” jurnalistlərə qarşı keçirilən əməliyyatlardan danışıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd edib:
 
"Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi açılıb. Bunlara hüquqi qiymət veriləcək”.
 
BAKU.WS