Ayxan Hacızadə: "Fransa XİN rəhbərinin saxta "blokada" və "məcburi köçkün" iddiaları sülhə xidmət etmir"

03
okt
2023
21:55
“Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.
“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı”, - deyə XİN sözçüsü bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
