SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni yalanları ilə bağlı hər bir parlamentlərarası dostluq qruplarının üzvlərinə məktublar göndərilməlidir. Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var.
 
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda deyib.
 
O bildirib ki, bu həqiqətləri çatdırmaq lazımdır, xüsusilə də Avropa ölkələrinə.
 
“Hər birimiz - hər bir parlament üzvü - məktublar göndərməliyik. Tək qruplara yox, çalışmalıyıq ki, beynəlxalq mediaya çıxaq”, - deyə S.Qafarova əlavə edib.


BAKU.WS