DSX: Hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir

19
sen
2023
17:35
"Hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Aftandil Abbasov DİN, DSX, DTX və Baş Prokurorluğun birgə mətbuat konfransında deyib.
"Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməllələri ilə əlaqədər DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 102 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102 ili tamam olur. BAKU.WS xəbər verir ki, hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tari...
